“Norm” ASC
"Premium Mining" MMC şirkəti Cənubi Qafqazın ən böyük sement zavodlarından biri olan, istehsal gücü gündə 5300 ton klinker, ildə isə 2,1 milyon ton sement təşkil edən Norm Sement zavodu ilə əməkdaşlıq edir. Belə ki, peşəkar komandamız tərəfindən ən yüksək standartların tələblərinə cavab verən, sementin əsas komponenti olan klinker istehsalında zəruri olan xammalın 90% həcmində təchizi, saxlanc yerlərinə yığılması, emal sahəsinə çatdırılması və bununla əlaqədar digər işləri (mədənlərin işlədilməsi, partlayış işləri, topoqrafik ölçmələr, qırma-xırdalama və s.) həyata keçirilir.