Əməyin mühafizəsi və texniki təhlükəsizlik

Sağlamlığın, Əməyin Təhlükəsizliyinin qorunması və Ətraf Mühitin mühafizəsi “Premium Mining” MMC şirkəti üçün prioritet məsələ sayılır.

“Premium Mining” MMC texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində Azərbaycan Respublikasının "Əməyin Mühafizəsi haqqında Qanun”unu, "Əmək Məcəlləsi"ni, "Texniki Təhlüksizlik Qaydaları"nı, "Texniki İstismar Qaydaları"nı, "Yanğından Mühafizə Qaydaları"nı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, əməyin mühafizəsi, yanğından mühafizə və təhlükəsizlik texnikası üzrə normativ sənədləri, dövlət nəzarət orqanlarının qərarlarını rəhbər tutur.

Son illər şirkət tərəfindən əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində genişmiqyaslı işlər görülüb və zəruri tədbirlər həyata keçirilib.

İnanırıq ki, apardığımız siyasət nəticəsində gündəlik fəaliyyətimizdə insanların təhlükəsizliyinə, sağlamlığına və ətraf mühitə zərər vura biləcək hər hansı təhlükələrin qarşısının alınması üçün mümkün olan bütün tədbirlərin həyata keçirilməsinə nail olacağıq.

Müştərilərimiz

Bizə olan inamın önəmini anlayaraq, son dərəcə peşəkar xidmətlərimizə güvənərək müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmağa çalışırıq.