Haqqımızda

Azərbaycanda dağ-mədən sənayesində 10 ildən artıq müddətdir ki, fəaliyyət göstərən “Premium Mining” MMC şirkəti  beynəlxalq standartlarla işləyən mühəndis və texniki işçilərdən ibarət komandası ilə müştərilərinin tələb və gözləntilərini yüksək səviyyədə qarşılayır. 

2013-cü ildən Azərbaycan Respublikasında fəaliyyətə başlamış “Premium Transport” MMC şirkəti 2023-cü ilin sentyabr ayından etibarən fəaliyyətini  “Premium Mining” MMC adı ilə davam etdirir. Şirkətin əsas fəaliyyəti mühəndis geologiyası, geoloji kəşfiyyat, topoqrafiya, mədən ərazilərində yol inşaatı, rekultivasiya, infrastrukturun yaradılması, partlayış əməliyyatları və daşıma işlərindən ibarətdir.  

Bununla yanaşı, peşəkar mütəxəssislərdən ibarət komandamızın birgə işi sayəsində dağ-mədən sektorunda layihələrin hazırlanması, mühəndislik işləri, yataqların ehtiyatlarının müəyyənləşdirilməsi kimi fəaliyyət təşkil olunur. Həyata keçirdiyimiz hər bir layihə ətraf mühitin mühafizəsi və təhlükəsizliyi, eyni zamanda əmək fəaliyyətinin mühafizəsi qaydalarına riayət etməklə icra olunur.  Şirkətimizin hədəfi peşəkar səviyyədə müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmaqdır.

Sertifikatlarımız

  • SEMENT İSTEHSALI ÜÇÜN XAMMAL MƏDƏNÇİLİYİ VƏ DAŞINMA XİDMƏTLƏRİ

Müştərilərimiz

Bizə olan inamın önəmini anlayaraq, son dərəcə peşəkar xidmətlərimizə güvənərək müştərilərimizin və tərəfdaşlarımızın etimadını doğrultmağa çalışırıq.