Şirkətimizin kadr siyasəti ilk öncə insanların rihafının yaxşılaşdırılması üçün İnsan Resursları departamenti tərəfindən daim bu yöndə islahatların aparılmasına əsaslanır.
“Premium Mining” MMC bu sahədə dövlət qurumları ilə birlikdə fəaliyyət göstərir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir və şirkət olaraq ölkəmizin iqtisadi, ictimai sektorlarına öz töhfəsini verir. Əməkdaşların inkişaf etdirilməsi, maarifləndirilməsi kimi istiqamətlərdə müxtəlif dövlət və daxili proqramlar təşkil etməklə həmin kontingentlərin bilik, bacarıq, təcrübə və ixtisasının artırılmasına nail oluruq.